www.sinerjipro.net

SinerjiProWide
Reklam

b101Yeni qərar bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılmasına xidmət edir. Qlobal iqtisadiyyat və bölgədə baş verən son proseslər fonunda Azərbaycan Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı, iqtisadi artımın və milli iqtisadiyyatın şaxələnməsi prosseslərinin dəstəklənməsi istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir.

AMB-dən AzVision.az-a verilən məlumata görə, iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, məsuliyyətli kreditləşmə, kredit faizlərinin azaldılması istiqamətində tədbirlər davam etdirilməkdədir.

Mərkəzi Bankın İdarə Heyətinin 13 avqust 2015-ci il tarixli iclasında bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edilib. Mərkəzi Bank eyni zamanda kredit təşkilatlarında korporativ sosial məsuliyyətin artırılması, istehlakçıların maliyyə vəziyyətinə, ehtiyac və məqsədlərinə uyğun məhsulların təqdim edilməsinin təşviqinə yönəldilmiş qərarlar qəbul edib.

Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən AZİPS (Real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb. Bununla yanaşı, nağd pulun məxarici üzrə tariflərə dəyişikliklər edilib. İri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% müəyyən edilib.

Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, kredit məhsullarının dəyərinin şəffaflığının təmin edilməsi istiqamətində həyata keçirilən növbəti tədbirlərdən biri kimi Mərkəzi Bankın İdarə Heyətinin digər qərarı ilə “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” təsdiq edilib.

Qeyd olunan Rəhbərlikdə kredit təşkilatlarına istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsi, eləcə də kredit şərtlərinin istehlakçıların ehtiyac və məqsədlərinə uyğunluğunun qiymətləndirilməsi üzrə tövsiyələr verilib. Bütövlükdə, Metodoloji Rəhbərliyin tətbiqi kredit təşkilatlarında məsuliyyətli kreditləşmə, istehlakçılarda isə məsuliyyətli borclanma vərdişlərini inkişaf etdirməklə əhalinin izafi borclanmasının qarşısının alınmasına xidmət edəcək.

Metodoloji Rəhbərliyin qəbulu istehlak kreditləşməsi sahəsində vahid yanaşmanın tətbiqi istiqamətində mühüm addımdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."