!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankdan yeni – Tələblər

!Reklam – Yazi

SASAXarici bankların Azərbaycan filiallarının əməkdaşlarına və rəhbərlərinə il ərzində verilən mükafatların həcmi onların illik əməkhaqqı və əməkhaqqına əlavənin ümumi məbləğindən 2 dəfədən çox olmamalıdır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 21 dekabr tarixli qərarı ilə “Banklarda korporativ idarəetmə standartları”na əlavə edilmiş xarici bankların yerli filiallarında mükafatların verilməsi prosesinə qarşı tələblərdə deyilir.

Tələblərə əsasən, filialların rəhbər işçilərinin (filialların rəhbərləri və onların müavinləri, bir və ya bir neçə strktur vahidini kurasiya edən əməkdaşlar) mükafatlandırılması barədə qərar ildə bir dəfədən çox qəbul edilməməlidir, Müşahidə Şurasının hər bir üzvünə ödənilən muzda əlavə olaraq təyin edilən illik mükafatın məbləği mükafat verilən il üzrə bankın əldə etdiyi xalis mənfəətin (mənfəət vergisi ödənildikdən sonra) 1 faizindən çox olmamalıdır. Bu zaman bank maliyyə illinin nəticələrinə görə xalis mənfəət əldə etməli, habelə bankın məcmu kapitalının minimum miqdarı, kapitalının adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatları həm maliyyə ilinin yekun nəticələrinə, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır.

Bundan başqa, bankın səhmləri ilə ödənilən mükafatlar istisna olmaqla mükafatın ən azı 60 faizinin ödənişi təxirə salınır və növbəti üç il ərzində bərabər hissələrlə ödənilir.

Hər hansı növbəti maliyyə ilinin nəticələrinə görə bank zərərlə işlədikdə və ya əldə edilmiş xalis mənfəət mükafat hesablanan ilin xalis mənfəətinin 25 faizindən az olduqda, yaxud məcmu kapitalın minimum miqdarı, hesablanmış kapital adekvatlığı əmsalı və ya aktivlər üzrə yaradılmış xüsusi ehtiyatlarla bağlı Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlər bank tərəfindən pozulduqda mükafatın təxirə salınmış və həmin il üçün nəzərdə tutulmuş hissəsinin ödənişi həyata keçirilmir. Növbəti maliyyə ilində (illərində) bu hallar aradan qaldırıldıqda təxirə salınmış mükafatın həmin il üçün nəzərdə tutulmuş hissəsi ödənilir.(trend)

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv