www.sinerjipro.net

SinerjiProWide
Reklam

f0480dfd13a7c5c62e5e0e30aec2eef4Manatın ABŞ dollarına qarşı 48%-lik devalvasiyası Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcminin kəskin artmasına səbəb olub.

Ölkədə dolların manata qarşı məzənnəsinin 1,0494 manatdan 1,55 manata yüksəlməsi AMB-nin sərəncamında olan ehtiyatların manat ekvivalentində 48% və ya 3 mlrd. 145 mln. 272,160 min manat artmasına gətirib.

Xatırladaq ki, AMB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2015-ci il dekabr ayının 1-ə 6 mlrd. 245,6 mln. dollar olub. Başqa sözlə, əgər 6 mlrd. 245,6 mln. dollarlıq ehtiyatı bu günə qədər olan məzənnə ilə manata konvertasiya olunsa idi, bu rəqəm 6 mlrd. 535,396 mln. manat edəcəkdi. Bugünkü məzənnə ilə konvertasiya edəndə isə Mərkəzi Bankın valyuta ehtiyatları manat ekvivalentində 9 mlrd. 680,668 mln. manata bərabərdir.

Qeyd edək ki, bu gündən etibarən AMB üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bu qərardan sonra dolların manata qarşı rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşıb(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."