Məscid söküntüsü dindarların etirazına səbəb oldu – Video

Müəllif: Baş Redaktor

Baş Redaktor

610x813x12083895_1051028791594279_862829014_n.jpg.pagespeed.ic.0JGHjKU2s2Şəmkir rayonunda qəribə olay baş verib.

Yenicag.az xəbər verir ki, Ölkə.Az-ın yazdığına görə, Şəmkir rayonu Zəyəm qəsəbəsində əhalinin tikdiyi məscid elə həmin qəsəbənin bir sakininin qəribə və bir o qədər də gülməli şikayəti üzündən sökülür. Belə ki, qəsəbənin mollası özünə məxsus torpaq sahəsində əhalinin köməyi ilə birlikdə 2-3 ilə tikdikləri məscidi qonşu evinə gün düşmür deyə şikayət edərək sökdürür. Halbu ki, məscidlə qonşunun evinin arasında 30-40 metrlik məsafə var. Belə olduqda isə məscidin günün qarşısını kəsmək fikri absurd olur. Bundan əlavə həmin qonşu şikayətində mollanın azan oxumasından da gileylənib.

Şəmkir rayonunun icra nümayəndələri isə bu şikayətə əsasən həmin məscidi sökmək qərarına gəlib. Artıq bir az əvvəl məscidin gümbəzini sökməyə nail olublar. Geri qalanını isə sabah sökməyi planlaşdırırlar.

 

***

Dindarlar Şəmkirə məscid söküntüsünə etiraz etmək üçün axın edirlər.

Bu barədə Facebook sosial şəbəkəsində, “Gənc lider Tale Bağırzadə” səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, əraziyə Şәmkir polis rәisi vә polis әmәkdaşları gəlib.
Xatırladaq ki, dünən sosial şəbəkələrdə Şəmkirin Zəyəm qəsəbəsində tikilən məscidin gümbəzinin sökülməsi haqqında məlumat yayılıb. Bildirilib ki, məscidin özünü də sökmək istəyirlər.

https://www.youtube.com/watch?t=11&v=GPd_N6NhKRI

https://www.youtube.com/watch?t=107&v=I2nCPHOuLE4


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir