!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məscidi dağıdan “Vorzakon”a cəza kəsildi – Özü və bandası öldürüləcək

!Reklam – Yazi

Həbsxana məscidini tar-mar edən gürcü “qanuni oğru”nun cəzalandırılması üçün hərəkətə keçildi.

Yeniçağ.Az xəbər verir ki, Rusiyanın Tuva respublikasındakı həbsxananın namaz guşəsini dağıdan gürcü “qanuni oğru” Ruslan Qeqeçkori kriminal aləmin qəzəbi ilə üzləşib. Məlumata görə, Qeqeçkorinin həbsxana məscidini dağıtması və sələfi məhbusları döyməsi Rusiyanın müsəlman icmasını hiddətləndirib. İcmanın nüfuzlu nümayəndələri bu təhqirə görə “qanuni oğru”dan qisas alınmasına qərar veriblər.

Qeyd olunur ki, tanınmış iş adamları və Rusiya sələfilərinin təmsilçiləri dünən Moskvanın “Sadovod” sərgi kompleksindəki kafelərdən birində toplanaraq məsələni müzakirə ediblər. Toplantıya qatılan və “Həbsxana xilafəti” ilə sıx əlaqələri olan Şimali Qafqaz, Azərbaycan, Orta Asiya sələfilərinin rəhbərləri Qeqeçkori ilə bandasına ölüm hökmü kəsiblər.

Bildirilir ki, “Həbsxana xilafəti”nin üzvləri də Qeqeçkorinin bu hərəkətinin cavabsız qalmayacağına and içiblər. Artıq Rusiyanın bütün ərazisində Qeqeçkorinin adamlarına qarşı “ov” planlaşdırılır.

Sözügedən insidentdən sonra hüquq-mühafizə orqanları Moskvanın kriminallarla sələfilər arasında toqquşmaların baş verə biləcəyi rayonlarında nəzarət tədbirlərini gücləndiriblər.

Xatırladaq ki, kriminal avtoritetlərlə Qafqaz diasporu təmsilçiləri arasında mümkün toqquşmanın səbəbi gürcü “qanuni oğru” Ruslan Qeqeçkorinin (Şlyapa Mladşiy) Tuvadakı həbsxananın məscidinə hücum təşkil etməsidir. Basqın zamanı məscid dağıdılıb, Çeçenistan və Dağıstandan olan məhbuslar isə döyülüb.

Yeniçağ.Az

www.yenicag.az

1252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv