67259Yaxın vaxtlarda ölkədəki məscidlərdə müşahidə kameralarının quraşdırılmasına başlanılacaq.

Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

S.Salahlı məscidlərdə kameraların quraşdırılmasının əsas məqsədinin ora gələn insanların təhlükəsizliyini təmin etmək, xoşagəlməz və qanunazidd hərəkətlərin qarşısını almaq olduğunu bildirib.

Dövlət Komitəsi sədrinin müavini qeyd edib ki, kameraların quraşdırılması hər hansı hadisəni törədən şəxsin kimliyini dərhal aydınlaşdırmağa imkan verəcək. Bir sözlə, bu proses insanların rahatlığına, cəmiyyətin sabitliyinə yardım edəcək.(Azərtac)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."