Məşhur akademikin nəvəsi Bakıda özünü asdı

Müəllif: Redaktor

Editor

237894Xəbər verildiyi kimi, dünən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbayel rayonunda – Xaqani küçəsi ev 39, mənzil 12 ünvanında 1971-ci il təvəllüdlü Şahtaxtinski Əli Məhəmməd oğlunun bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Onun meyiti istilik batareyasından asılmış vəziyyətdə aşkar olunub.

Ə.Şahtaxtinskinin cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:51-də başa çatıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Əli Şaxtaxtinski oktyabr ayının 10-dan itkin düşüb və ayın 23-dən barəsində axtarış elan edilib. O, Xəqani küçəsindəki mənzildə kirayə yaşayırmış.

Vesti.az isə xəbər verir ki, Əli Şahtaxtinski məşhur akademik Toğrul Şahtaxtinskinin nəvəsidir. T.Şahtaxtinski AMEA-nın Kimya Problemləri İnstitutunun direktorudur(Qaynar.info)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir