!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur aktrisa hicablı qadınları təhqir etdi -FOTOLAR

!Reklam – Yazi

melek-baykal-a-hesap-kapattiran-skandal-paylasim-7864371_x_2011_oYenicag.az xəbər verir ki, Türkiyənin məşhur aktrisası Mələk Baykal hicablı qadınları geridə qalmış adlandıraraq təhqir edib. Yozqatdakı “Hayri İnal Konağı”nı ziyarət edən aktrisa orada hicablı qadnlarla çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Şəkilə yazdığı şərh isə insanların etirazına səbəb olub və müzakirə obyektinə çevrilib.

O, “Hayri İnal Konağı”nı ziyarət etdikdən sonra buradakı təəssüratlarını sosial şəbəkədə bölüşərək, hicab mövzusundakı narahatlığını da dilə gətirib.

“Konağın divarında evin həqiqi sahibləri Hayri İnal və ailəsinin şəkillərini gördüm… Gözlərimə inana bilmədim, ən az 100 il əvvəl çəkilən şəkillərdəki xanımlar sanki gülümsəyirdilər…

Çox xoşbəxt olmuşdum. Sonra başımı sola çevirdim, gördüyüm mənzərə, 150 ​​il sonra gəldiyimiz nöqtə… Yəni evin yeni sahibləri Yozgat Bələdiyyəsi və işçiləri… Yeni sahibləri ilə aralarına girib şəkil çəkdirdim. Üzümdəki ifadədən nə dərəcədə xoşbəxt olduğum bəllidir… “Konağ”ı tərk edərkən ağlımda tək bir şey qaldı, evin gerçək sahiblərinin görkəmi. Sonra qarmaqarışıq duyğularla oradan uzaqlaşdım. Və öz-özümə soruşdum. Biz nə zaman və nə səbəbdən bu qədər geriyə getdik… Cavabını isə tapa bilmədim. ” deyə, Baykal yazıb.

İzləyicilərin sərt tənqidlərinə görə, o, sosial şəbəkədəki hesabını dondurub.

www.yenicag.az

1312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv