!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur aktrisa qızından bir gün sonra ölüb

!Reklam – Yazi

aktrisaHollivudun tanınmış aktrisalarından Debbi Reynolds 84 yaşında Los Ancelesdə vəfat edib.

D. Reynolds dekabrın 27-də ölən məşhur “Ulduz müharibələri” filmində “Şahzadə Lean” rolunun ifaçısı Keri Fişerin anasıdır. Aktrisanın oğlu mediaya bildirib ki, Kerri Fişin ölümündən sarsılan Debbi Reynolds dekabrın 28-də xəstəxanaya yerləşdirilib. Aktrisanın insultdan öldüyü bildirilir.

Qeyd edək ki, D. Reynolds 1932-ci il aprelin 1-də Texasda anadan olub. Aktrisa əsasən komediya filmlərində rol alıb və həmin obrazlara görə məşhurlaşıb. Aktrisa “Ana” filmində yaratdığı obraza görə 1970-ci ildə “Qızıl qlobus” mükafatına layiq görülüb.

D. Reynolds “Səma və torpaq”, “Ana”, “Malvini sevirəm”, “Üç kiçik söz” və s. filmlərdə müxtəlif obrazlar yaradıb.

 

Yenicag.az

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv