yenicag.az
yenicag.az

Məşhur cüdoçumuz karyerasına son qoydu - Özəl

Məşhur cüdoçumuz karyerasına son qoydu – Özəl

Müəllif: Redaktor

Editor

Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun üzvü Kifayət Qasımova karyerası ilə bağlı qərar qəbul edib.

Yeniçağ.Az xəbər verir ki, 34 yaşlı idmançımız karyerasını başa vurub. Bu barədə saytımıza müsahibəsində Qasımovanın özü məlumat verib:

“Belə qərara gəlmişdim ki, İslamiadadan sonra karyeramı başa vurum. Artıq bu barədə qərarımı qətiləşdirmişəm, gedirəm. Bunu sizin vasitəsinizlə rəsmən bəyan edirəm. Gələcəklə bağlı planlarımı isə zaman göstərəcək. Bunu indidən demək çətindir”.

Qeyd edək ki, Pekin və London Olimpiadasının iştirakçısı, Avropa və Dünya çempionatlarının mükafatçısı olmuş Kifayət Qasımova, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Onun karyerası 15 il davam edib.

Emin
Yeniçağ.az

Xəbərlər, İdman, Özəl, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti