!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur firma Bakıda ən böyük mağazasını bağlayır

!Reklam – Yazi

bakida-meshur-firmanin-boyuk-magazasi-baglanirAlmaniyanın məşhur ayaqqabı, geyimlər və aksesuar istehsalçısının Bakıda adını daşıyan mazalardan biri fəaliyyətini dayandırır. “Salamander Baku” ən böyük mağazasını bağlayır.

“Marja” mağazanın Facebook səhifəsinə istinadən xəbər verir ki, şirkət Zərifə Əliyeva küçəsində yerləşən mağazasını bağlamaq qərarına gəlib. Hazırda malların “Ləğvetmə endrimləri” adı ilə satışı davam edir

“Nizami küçəsində və M.Hadi müçəsində (metro H.Aslanov) yerləşən digər iki mağaza fəaliyyətini davam etdirir” – şirkətdən bildirib.

Ölkədəki növbəti devalvasiya Bakıda fəaliyyət göstərən bir sıra obyektlərin bağlanmasına səbəb olub.

Bağlanan mağazaların üstünə “icarəyə verilir” sözləri yazılmış lövhə vurulub. Yaxın günlərdə fəaliyyətini dondurmağa hazırlaşan dükanlardakı mallara isə 50-70 faiz endirim edilib.

Şəhərin bəzi yerlərində mazağazların qapı və pəncərələri üzərində “Mağaza bağlanır. 70 faiz endirim”, “Ləğvetmə endirimi” sözlərinə çox rast gəlinir. Bu dükanların bəziləri fəaliyyətini birdəfəlik dayandırır və mağazalar boşaldılır.

Bəzi butik və mağazalar isə mərkəzdən bir az kənara köçürlər. Sahibkarlar bildirirlər ki, mağazaların ünvanının dəyişdirilməsinə səbəb icarə haqlarının artırılması və alıcılıq qabiliyyətinin azalmasıdır.

Bakıda bağlanan və ya ünvanını dəyişən geyim dükanları sırasında “United Sport”, “Koton”, “Promod”, “Kids World”, “Salamander”, “LC Waikiki”, “İmperial man”, “Amplua”, “Etam”, “Okaidi”, “Karaca” və s. məşhur mağazalar şəbəkəsi, Səbail rayonu ərazisində – Zərifə Əliyeva, Rəsul Rza və Üzeyir Hacıbəyli küçəsindəki bir sıra tanınan marka dükanları da var.

Hətta müştəri cəhətdən korluq çəkməyən “Çudo peçka” kafe-mağazası belə buna əl atıb və iki kafesini bağlayıb. Bunlardan biri şəhərin düz mərkəzində – Daxili İşlər Nazirliyinin yanında, digəri isə 3-cü mikrorayon dairəsində yerləşirdi.

Dolların bahalaşması şəhərdə telekommunikasiya məhsullarının da satışına təsirsiz ötüşməyib. Belə ki, “İntegral” şirkətinin Bakıda üç mağazası, həmçinin “İmpuls”, “Baku Electronics” və s. dükanların da bir neçəsi bağlanıb.

www.yenicag.az

1149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv