Məşhur futbolçu cinayətkar şəbəkəyə qoşuldu – FOTO

Müəllif: Redaktor

Editor

457474Bir vaxtların məşhur futbolçusu Adriano artıq idman sahəsindən tamamilə uzaqlaşıb.

Yenicag.az 1xəbər.com-a istinadən bildirir ki, 34 yaşlı braziliyalı keçmiş hücumçu cinayətkar şəbəkəyə qoşulub.

İspaniyanın “Marca” nəşrinin yazdığına görə, son olaraq “Mayami Yunayted”də (ABŞ) çıxış edən Adriano artıq ‘favela” olaraq adlandırılan kasıblar məhəlləsində yaşayır. Onun sözügedən yerdə məskunlaşan oğru dəstəsinə qoşulduğu deyilir.

Qeyd edək ki, 2000-2009-cu illər ərzində Braziliya millisinin formasını geyən Adriano karyerasının ən uğurlu dönəmini İtaliyanın “İnter” klubunda keçirib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır