Yazı İçi 468×60

101027Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev qəflətən vəfat edib.

Bu barədə məlumat daxil olub. General bu gün evində ürəktutmasından dünyasını dəyişib. Hadisə təxminən yarım saat əvvəl baş verib.

Qeyd edək ki, Musayev Rasim İslam oğlu Azərbaycanda tanınmış generallardan olub. O, Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin (2011-ci ildə Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib) rəisi vəzifələrində çalışıb.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı iləona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib(qafqazinfo)

Allah rəhmət eləsin!

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."