Məşhur konorejissorun 70 illik yubileyi keçiriləcək

Məşhur konorejissorun 70 illik yubileyi keçiriləcək

Müəllif: Redaktor

Editor

nicatfeyzullayevNoyabrın 6-da, saat 19:00-da Dövlət Film Fondunda Azərbaycanın tanınmış kinorejissoru Nicat Feyzullayevin 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir. Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Qeyd edək ki, Azərbaycan kinosunda özünəməxsus yaradıcılığı ilə seçilən kinorejissorlardan biri də Nicat Feyzullayevdir.

O, 1945-ci il noyabrın 11-də Bakıda Azərbaycanın görkəmli rəssamları olan Respublikanın Əməkdar İncəsənət Xadimi Lətif Feyzullayevin və Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın ailəsində dünyaya göz açıb. Nicat Feyzullayev özü də müxtəlif rəsm əsərlərinin müəllifidir. O, 1964-cü ildə Musiqi məktəbini, 1969-cu ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1970-ci illərdən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Axırıncı aşırım” (1971), “Qızıl qaz” (1972) bədii filmlərində rejissor asistenti kimi çalışıb. Sonra isə bir necə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifi olub. 1978-ci ildə “Arvadım mənim, uşaqlarım mənim” kino almanaxında quruluş verdiyi “Toy” novellası rejissorun diplom işidir. Bundan sonra o, bir-birinin ardınca “Yeni evlənənlər” (1983, q/m, Rus.), “Yaşa, qızıl balıq” (1988, q/m.), “Küçələrə su səpmişəm” (2004 t/m. bədii) filmlərinə quruluş verib. “Azərbaycanın memarlıq abidələri” (1976), “Anaya məktub” (1980), “Belə bir şəhər var” (1982), “Məhəmməd Füzuli” (1989), “Qara qızılın qara üzü” (1990), “Baba zeytun diyarında” (1992), “Şirvanda izim qaldı” (1994), “Azərbaycan rəngkarlığının kraliçası” (2010 s/f), “Mozalan” satirik k/j üçün bir çox kinosüjetlər çəkib.

Rejissor 2015-ci il mayın 4-də dünyasını dəyişib.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti