!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur kriminal avtoritet Lənkəranskinin qəbri üstündə

!Reklam – Yazi

Kriminal dünyasının tanınmış nümayəndələri bir il əvvəl öldürülmüş Rövşən Lənkəranskinin qəbrinə gül çələngi qoyublar.

Yenicag.az xəbər verir ki, cinayət aləminin “Ümumavropa kassasının” nəzarətçisi, Şeyx Həmzət adı ilə məşhur olan çeçen əsilli kriminal avtoritet Xəmzət Qastəmirov Azərbaycana gəlib.

Onun gəlişində məqsəd 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin (Canıyev) qəbrini ziyarət etmək və il mərasimində iştirak etmək olub.

Qastəmirov “qardaşı” Rövşən Lənkəranskinin xatirəsini yad edəndən və qəbrinə gül çələngi qoyandan sonra onun ailə üzvlərinə başsağlığı verib. Qastəmirovu Rövşən Lənkəranskinin məzarını ziyarətə gələn lənkəranlılar izdihamla qarşılayıblar. Şeyx Həmzət onlara Rövşən Lənkəranskinin onun üçün çox dəyərli olduğunu bildirib, bu itkinin yerinin doldurulmayacağını qeyd edib. Yeri gəlmişkən, Qastəmirov çıxışını Azərbaycan dilində edib. Sonra Şeyx Xəmzət Rövşən Canıyevin (Lənkəranski) ruhuna dua oxuyub və Lənkəranskinin atası Rafiq Canıyev və digər rəhmətə gedən doğmalarının məzarlarını ziyarət edib, ruhlarına Fatihə oxuyub. Daha sonra o Bakıya qayıdıb.

Qeyd edək ki, Almaniyada yaşayan kriminal avtoritet Qastəmirov bir həftədir Bakıdadır.

Bununla yanaşı, Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Lənkəranskinin xatirəsini yad etmək üçün kriminal dünyasının hal-hazırda qanunla hər hansı problemi olmayan azsaylı nümayəndələri gəlib. “Qonaqlar sakitcə mərhumun qəbrini ziyarət ediblər, gül çələngi qoyublar və səssizcə oradan uzaqlaşıblar” — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Yenicag.az

www.yenicag.az

1217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv