shakro_maladoy-xeberÖtən gün Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən kriminal general Zaxari Kalaşov (Şakro Molodoy) saxlanılıb.

Kalaşov qəsb etməkdə şübhəli bilinir. Kriminal generalın saxlanılması həm “qanuni oğru”, həm də onun ətrafı üçün gözlənilməz olub.

Şakro Molodoy əli qandallanmış vəziyyətdə Daxili İşlər Nazirliyinin Baş İdarəsinə aparılıb. Burada dindirilən Kalaşovun saxlanma qərarının davam edəcəyi bildirilir.

Qeyd edək ki, Zaxari artıq çoxdandır ki kriminal aləmdə önəmli yer tutur. Düzdür, onun zirvəyə qalxması uzun vaxt alıb. 2006-cı ildə Şakro Molodoy saxlanılaraq İspaniyaya ekstradisiya olunub. Burada çirkli pulların yuyulmasında günahlandırılan Şakro uzun müddət həbsdə qalaraq, 2014-cü ilin oktyabrında azadlığa çıxıb. Dərhal Rusiyaya qayıdan Zaxari 2013-cü ildə öldürülən Aslan Usoyandan (Ded Xasan) sonra boşalan zirvəni tutaraq kriminal aləmdə “bütün bossların bossu”na çevrilib.(Aznews)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."