Məşhur müğənni Corc Maykl vəfat etdi

Müəllif: resul

Editor

502032Əfsanəvi britaniyalı pop ulduz Corc Maykl 53 yaşında vəfat etdi.

Yeniçağ.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, müğənnin ölümünün səbəbi açıqlanmır. Məlum olan ancaq odur ki, polislər pop ulduzun ölümündə heç bir şübhəli hal aşkar etməyiblər.

Qeyd edək ki, 2011-ci ildə Corc Maykl pnevmoniyanın ağır formasını keçirib. O zaman müğənni haytın və ölümün astasında idi, lakin həmin ildəcə musiqiçi tam sağaldığını elan etmişdi.

Corc Maykl 1963-cü ildə Londonda anadan olub. O, 1980-ci ildə “Wham” duetində öz musiqiçi karyerasına başlayıb. Qrup dağıldıqdan sonra, o solo fəaliyyətə başlayıb. Musiqiçi cəmi 6 solo albom buraxıb.

Öz kayerası ərzində Corc Maykl bir çox musiqi mükafatları alıb, o cümlədən 3 “Grammy” mükafatı və 5 “MTV” mükafatı. Onun sonuncu albomu (“Symphonica”) 2014-ci ildə çıxıb.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır