!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur müğənninin xəyanət görüntüləri üzə çıxdı - VİDEO

!Reklam – Yazi

Son vaxtlar xəyanət iddiaları ilə Türkiyənin maqazin gündəmindən düşməyən müğənni Gülben Ergenin videosu yayımlanıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl Gülben Ergenin evli iş adamı Tolqa Duğleslə ərinə xəyanət etdiyi iddia olunurdu. Müğənni isə israrla bildirmişdi ki, iki dəfə ailəli olsa da, ərlərinin heç birinə xəyanət etməyib.

Lakin üzə çıxan görüntülər onun birinci həyat yoldaşı Mustafa Ərdoğana idman müəllimi ilə xəyanət etdiyini sübut edir. Bu videonun çəkildiyi vaxt Gülben Ergen ailəsinin dağılmaması üçün media qurumlarının rəhbərləri ilə görüşərək, onlardan görüntülərin yayımlanmamasını xahiş edib. Həmin şəxsin sürücüsü olduğunu söyləsə də, sonradan məlum olub ki, videodakı kişi sən demə, Gülben Ergenin “şahdamarım” dediyi idman müəllimi Serkan Sakallıoğlu imiş.

Qeyd edək ki, mediada Mustafa Ərdoğanın Serkan Sakallıoğlunu döyməsi ilə bağlı xəbərlər də yayılmışdı. Görünür, müğənninin keçmiş əri də bu münasibətdən xəbərdar olub.

www.yenicag.az

14599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv