Məşhur qəzetdə kütləvi ixtisar – 4000 nəfər işdən qovulur

Müəllif: Redaktor

Editor

12606855_1066161680093166_1213107286_ndfgh“The Financial Times”da 4 min əməkdaş işdən çıxarılır.

Britaniyanın “The Financal Times” işgüzar qəzetinin keçmiş sahibəsi 4 min işçini işdən çıxaracağını elan edib.

Məlumatda qeyd olunur ki, Pearson PLC media holdinqinə məxsus qəzetdə personalın 10 faizi işdən qovulacaq. İxtisarlar 2016-cı ilin ortalarına qədər həyata keçiriləcək.

Xatırladaq ki, Pearson 2015-ci ildə “The Financial Times” qəzetində və “The Economist” jurnalındakı payını sataraq diqqətini təhsil biznesinə cəmləmək istədiyini elan edib.

Ötən ilin yayında Pearson “The Financal Times” qəzetini yapon media holdinqi “Nikkei”yə 1,32 milyard dollara satmaq üçün razılaşıb. Bununla Pearson elm ədəbiyyatı sahəsindəki biznesində formalaşmaq istəyib. Lakin kollecdə oxuyanların sayının azalması, Braziliya və Cənubi Afrikanın inkişaf etmiş bazarlarında elmi ədəbiyyat satışının zəifləməsi investorların inamını qırıb.

Bununla əlaqədar olaraq, nəşriyyat evi ABŞ da daxil olmaqla əsas bazarlarda biznesin inkişafının sürətləndirilməsinə 320 milyon funt sterlinq (454 milyon dollar) yönləndirmək niyyətindədir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır