Yazı İçi 468×60

1452857576_img198296510 milyon manatı götürüb, ölkədən qaçan fırıldaqçının qardaşları yenidən iş başında…

“Bütün dövlət orqanları burada hər hansı bir tikintiyə icazə vermir. Amma bu şəxsə heç bir qanun təsir etmir” – bu sözləri Binəqədi rayon sakinləri musavat.com saytının əməkdaşına deyiblər. Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov 3078-ci məhəllədə çoxmərtəbəli bina tikmək fikrinə düşən “Murad” MMC tikinti şirkəti, sakinlərin narazılığı ilə qarşılaşıb. Sakinlərin sözlərinə görə, şirkət bu zamana kimi Binəqədi İcra Hakimiyyətini və digər rəsmi qurumları müxtəlif yollarla aldadıb. Bundan sonra ərazi üçün sənəd alaraq, burada tikintiyə başlamaq istəyib. Lakin sakinlərin şikayətindən sonra Bakı şəhər İcra Hakimiyyəti tikintini qadağan edib.

Sadəcə BŞİH deyil, Binəqədi İcra Hakimiyyəti və digər qurumlar da tikintini ləğv edib. Amma buna baxmayaraq, şirkət yanvarın 11-də ərazini hasarlamağa başlayıb. Bundan sonra ətrafda yaşayan sakinlər buna etiraz etməyə başlayıblar. Əraziyə polis əməkdaşları da gəlib. Bundan sonra hasarlanma işini dayandırıblar. Ancaq iş bununla da bitmir. Şikayətçi sakinlər tikintinin davam edəcəyindən narahatdırlar: “Bu ərazi əslində, park olub. Ərazisi də çox geniş idi. 1995-96-cı illərdə burada müvəqqəti dayanacağın olması barədə qərar verildi. Bu qərar parkın bərpası başlayan günə qədər keçərli idi. Sonra zaman keçdi, diqqətimizdən yayındı. Bəzi şəxslər Binəqədinin sabiq icra başçısı Hüseyn Hüseynovun və bələdiyyənin əli ilə saxta sənədlər hazırladılar. Buranı özəlləşdirdilər. 2013-cü ilin dekabr ayında onlar buraya gəlib, ərazini hasarlayanda biz etiraz etdik. O da bizə sənəd göstərdi ki, “İcazəm var”. Biz araşdırdıq. Məlum oldu ki, burada yaşayan 1-2 nəfər adamı aparıblar, BŞİH-yə… Həmin adamlar hamının adından danışıblar. Guya camaat narazı deyil. Sənədi də bu formada alıblar. Amma bir şərtlə ki, əgər sakinlər narazı olsalar, tikinti ləğv ediləcək. Elə də oldu. Biz BŞİH-yə şikayət edəndən sonra onlar əraziyə gəldilər. Gördülər ki, şirkət onları aldadıb və verdikləri qərarı ləğv etdilər. Həmin ləğv qərarı ilə bağlı bizdə sənəd də var. Bundan sonra icra başçısı Xaləddin İsgəndərov camaatla görüş keçirdi. Orada da dedi ki, “Məni də aldadıblar. Mən bu tikintilərin əleyhinəyəm. Biz onlara başqa yerdə məqsədə müvafiq ərazi vermişik”. Amma şirkət buradan getmək istəmir. Ərazidə olan beşmərtəbəli binaları da sökmək istəyirlər. Yerində isə 17 mərtəbəli yaşayış binası tikmək fikirləri var. Belə yerdə bina tikməzlər. Tikintinin düz yanında bağça var. 17 mərtəbəli yaşayış binasını azı bir neçə ilə tikəcəklər. Bunun toz-torpağı, səs-küyü, təhlükəsi var. Belə şəraitdə tikinti aparmazlar. Üstəlik, heç bir qurum onlara tikinti üçün icazə verməyib”. Əldə etdiyimiz məlumata görə, “Murad” MMC-nin rəhbəri Rafiq adlı şəxsdir. Amma adıçəkilən ərazidəki işlərə Adil və Məhərrəm adlı qardaşlar nəzarət edirlər. Musavat.com bu şəxslər haqqında da maraqlı faktlar əldə edib. Belə ki, Adil və Məhərrəm Tağıyevlər, vətəndaşların inamından sui-istifadə etməklə külli miqdarda vəsaiti ələ keçirən, fırıldaqçılıqla məşğul olan tikinti şirkətinin – “Birlik-inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi və sədri, bir müddət həbsdə yatan, sonra isə ölkədən qaçan Elman Tağıyevin qardaşlarıdır. Beş qardaşdan biri olan Elman Tağıyev Bakının müxtəlif ərazilərində, həmçinin Xırdalan şəhərində yaşayış binaları tikmək adı ilə vətəndaşlardan pul alıb, lakin binaları təhvil verməyib. E.Tağıyev həmçinin bir mənzili bir neçə nəfərə satıb. Bu haqda musavat.com-da geniş məqalə də dərc edilib (oxumaq üçün kilikləyin – birinci yazı, ikinci yazı). Elman Tağıyevin barəsində uzun zamandır ki, axtarış elan edilib. E.Tağıyev Cinayət Məcəlləsinin 178-ci – dələduzluq, 308-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 318-ci – Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə və 213-cü – vergidən yayınma maddələri ilə təqsirli bilinir. E.Tağıyev fırıldaqçılıq işində usta sayılır. Belə ki, o, bütün yarımçıq qoyduğu binalarda müxtəlif şirkət adları ilə işləyib. Məsələn, Xırdalan şəhərində “Hayan” MMC adı ilə yarımçıq tikdiyi binada mövcud olmayan mənzilləri satıb. Misal üçün, 9 mərtəbə tikilməsi planlaşdırılan binanın 12-ci mərtəbəsindən mənzil satan Tağıyevin qardaşları indi Binəqədidə bina tikmək istəyirlər.(Gündəlik Bakı)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."