!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhurlara qızıl satan biznes ledinin qətlinin – Təfərrüatları

!Reklam – Yazi

a716601da513ef9b29975834fda737caBakıda xüsusi amansızlıqla öldürülən sahibkar qadının evindən külli miqdarda pul aparılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə baş verəndən dərhal sonra polis və prokurorluq əməkdaşları mənzilə baxış keçirib. Məlum olub ki, qətl tamah məqsədi ilə törədilib və mənzildən xeyli miqdarda pul aparılıb.

Qətlə yetirilən Məryəm Namədzadənin ailə üzvləri və yaxınlarının ifadələri alınıb. Alınan ifadələr əsasında mənzildən təxminən 30 min manat aparıldığı müəyyənləşib. Lakin bu, son rəqəm deyil. Mənzildən aparılan pulun dəqiq miqdarı hadisəni törədən şəxs tutulduqdan sonra məlum olacaq. Qadının evində ailə üzvlərinə və yaxınlarına məlum olmayan miqdarda pul və daha dəyərli əşyaların olduğu da ehtimal edilir.

Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namədzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi
olub.(APA)

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv