Yazı İçi 468×60

457421Məşhur şəxsiyyətlərin həyatı qədər, ölümü də cəmiyyət üçün maraqlı olur.

Ölümündən sonra fotoları çəkilmiş məşhurların siyahısnı təqdim edirik.

Merilin Monro

Ölümündən illər keçsə də, bu sarışın aktrisanın adı dillərdən düşmək bilmir. Təəssüf ki, Merilin ömrünün son illərində depressiya ilə mübarizədə qalib gələ bilməyib və o, 1962 -ci ildə intihar edib. Manronun müəmmalı ölümü haqqında bir neçə fərziyyələr var. Əsl həqiqəti isə heç kim bilmir… Belə bir gözəl qadının morqda çəkilmiş fotosu ürək dağlayır…

Çe Qevara

Çe Qevara özünün Kubadakı fəaliyyəti ilə məşhurluq qazanıb, amma bununla yanaşı o, heç zaman kubalı olmayıb. Çe Argentinada, zəngin ailədə dünyaya göz açıb. Bu adam Kuba hökumətini devirməyə yardım edib və Fidel Kastronun prezident olması dəstəkləyib. 1967-ci ildə Feliks Rodriges Mərkəzi Kəşfiyyat İdarəsinin tam səlahiyyətli müşaviri kimi batalyonun tərkibində Çe Qevaranın gizləndiyi Boliviyaya göndərilib. Onların vəzifəsi Ernesto Çe Qevaranın kommunist partizan dəstəsini yox etmək idi. 1967-ci il oktyabrın 8-də həmin dəstə dağıdılmış, Çe Qevara isə əsir götürülərək güllələnmişdi. Məşhur inqilabçının ölümü barədə müxtəlif versiyalar gəzir, bəziləri onun ölmədiyi iddia edirdi. Lakin mətbuata Çenin cansız bədəninin yayılmış fotoları onun bütün tərəfdarlarını məyus edir.

Ted Bundi

1970-ci illərdə Ted Bundi iblis ləqəbi ilə tanınırdı. Bu adam 30 nəfəri öldürdüyünü iddia edir, amma ekspertlər bu rəqəmin daha yüksək olduğunu deyib. 1989-ci ildə törədtdiyi əməllərə görə, elktrikli stula bərkidilərək ona dəhşətli ölüm cəzası tətbiq edilib. Ölümdən sonra çəkilmiş fotoları çox qorxuludur, çünki bu rəsmlərdə canlı görünür.

Malkom x

1950-ci ilin sonu və 1960-cı illərin əvvəllərində Amerikada irqçilik hərəkətinə qarşı aktiv çıxış edib. O, 1965-ci ildə çıxış zamanı sui-qəsd edilərək öldürüb. Bu qara lider ekspertiza zamanı son dəfə ağzı açıq şəkildə görüntülənib.

Con Kennedi

20-ci əsrdə siyasət sahəsində Con Kennedi qədər məşhur şəxs yoxdur. 1960-cı illərin əvvəlində Kennedi çox az müddətdə Amerikanın prezidenti olub. Prezident 1963-cü ildə Texasda sui-qəs nəticəsində vəfat edib. Son fotosunda prezident ekspertiza masasında gözləri və ağzı açıq vəziyyətdə dayanıb.

Maykl Cekson

Pop kralının mahnıları dünya miqyasında bir nömrə sayılırdı. Cekson 2009-cu ildə evində ölü tapılıb. Səhnələrdə möhtəşəm şou göstərən ulduzun son fotosu xərəkdə çəkilib…(publika)

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 209
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."