yenicag.az
yenicag.az

Messi evlənir

Messi evlənir

Müəllif: Redaktor

Editor

15577741_1307748029305936_1041779825_n“Barselona”nın argentinalı ulduzu Lionel Messi model Antonella Rokusso ilə münasibətlərini rəsmiləşdirir.

Yeniçağ.Az Rusiya mediasına istinadən xəbər verir ki, məşhur cütlüyün toyu 2017-ci ilin yayına planlaşdırılır.

Qeyd olunur ki, L.Messi ilə A.Rokussonun toyu onların hər ikisinin doğulub-böyüdükləri Rosario şəhərində baş tutacaq. Uşaqlıqdan bir-birilərini tanıyan bu cütlüyü Antonellanın əmisi oğlu tanış edib. Messi ilə Rakusso 2008-ci ildən birlikdədirlər və onların Tyaqo adlı 4, Mateo adlı 1 yaşlı oğulları var.

Maraqlıdır ki, Messinin adı zaman-zaman müxtəlif qadınlarla hallansa da, bu, onun Antonella ilə münasibətlərinə təsir göstərməyib.

Yeniçağ.Az

İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti