www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Barselona”nın hücumçusu Lionel Messi klubun qərarına müdaxilıə edir. Yeniçağ.az xəbər verir ki, bu barədə İspaniyanın “Diario Qol” nəşri mətbuatı məlumat yayıb. Belə ki, Messi yayda “Valensiya”dan transfer edilən Andre Qomesi komandada istəmir.

Xəbərdə argentinalı hücumçunun yayda 40 milyon avro qarşılığında transfer edilən yarımmüdafiəçinin oyunundan narazı qaldığı, buna görə, onun komandadan göndərilməsini istədiyi qeyd edilib. Onun bu barədə komanda yoldaşlarıyla danışdığı iddia edilir.

“Diario Qol” nəşri bir müddət öncə Messinin Arda Turanı komandada görmək istəmədiyi barədə xəbər yaymışdı. Həmin mətbuat orqanı indi də Messinin Qomesdənsə, Ardanın komandada qalmalı olduğu fikrinə düşdüyünü qeyd edib.

Xatırladaq ki, Andre Qomes cari mövsümdə 1 qol vurub, 1 qol ötürməsi edib. Arda isə portuqaliyalı futbolçudan az oyunda şans qazansa da, 3 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.