!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mətbuat seçkilərin mühüm tərəfidir”

!Reklam – Yazi

18cf97ce4a91e3e0969ab6d577d2ab4e

“Hər bir seçki müəyyən sahələrin birgə əlaqəsi nəticəsində formalaşır. Seçkilər MSK və onun yerli institutları tərəfindən keçirilir, seçicilərin səsləri sayılır, qanun çərçivəsində elan olunur, mandatlar təsdiq olunur”.

Bu sözləri bu sözləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “ Seçki qabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, namizədlərin öz funksiyaları var və seçicilərinə öz proqramını açıqlayırlar:

“Müstəqillik dövrü tariximizdə 15-ə qədər seçki prosesi keçirmişik. Bu proseslərdə mətbuatın işi mütləq şəkildə təmin olunub. Şəffaflıq, siyasi plüralizm təmin olunub. Bu baxımdan keçirilən seçkilərin şəffaf olduğunu dəyərləndirmək olar. Ümumən indiyə qədər keçirilən seçkilərin əksəriyyətində müəyyən nöqsanlar olması halları istisna deyil. Bu bütün dünya ölkələrində var. Ümumi tendensiyaları nəzərə alanda isə demokratik, ədalətli, şəffaf seçki kimi dəyərləndirmək olar. Düşünürəm ki,bu dəfə də belə olacaq. Demokratik seçki sabitlikdən, cəmiyyətdəki ovqatdan, seçki üçün yaradılmış şəraitdən asılıdır. MSK bütün standartlarla seçki keçirəcək bir quruma çevrilib. MSK seçkilərin keçirilməsi bütün hüquqi addımları görüb. Mətbuat ümumi seçki prosesində tərəf kimi çıxış edir. Jurnalist vəsiqəsi kifayət edir ki, onlar protokolları, bütün prosesi izləmək imkanına malik olsunlar. Mətbuatı seçkilərin mühüm tərəfi kimi dəyərləndiririk. Seçkinin keçirildiyi ərazidə seçki mühitini doğru təhlil etsin, namizədliyinin irəli sürmə ,təşviqat aparma, səslərin sayı nəticələrin müəyyən olunması sahəsində vəziyyətin necə olduğu müəyyənləşdirməkdir. Bundan başqa seçkidə əhalinin ovqatının necə olduğunu bilmək lazımdır. İnsanlar seçkiyə meyillidirmi, ona maraq göstərirmi və.s. Siyasi partiyalar, fərdlər bu seçkidən narazı və ya razıdırmı? MSK-nın öz dəyərləndirmə mexanizmi var. O dövlət qurumudur və qanun qarşısında cavabdehlik daşıyır.

MSK-nın qərarından narazı olanları mətbuat tərəfsiz olaraq dəyərləndirməlidir. Mətbuatın bir funksiyası ondan ibarətdir, o kommersiya funksiyasını yerinə yetirir. Hər bir KİV eyni zamanda kommersiya strukturudur. Onu təsis edən müxtəlif kommersiya maraqlarını həyata keçirir. Özünü təbliğ etmək istəyən namizədlər üçün vasitəyə çevrilir. Ancaq müəyyən məsələlər var ki, KİV-lər Seçki Məcəlləsində və “KİV haqqında” qanunda nəzərdə tutulan hallara əməl edilməlidir. Namizədliyini irəli sürmüş bütün obyektlərə eyni şəraiti yaratmalıdır. Hər kəsə təbliğatını aparmaq üçün nəzərdə tutulmuş pulu vermək üçün şərait yaradılmalıdır. Qanunun imkan verdiyi qədər vəsaiti xərcləməklə KİV-lərdə çıxış etməlidir. Kiməsə üstünlük verilməsi qanunun tələblərinə əsasən həyata keçirilməlidir. Biz KİV-lərə dövlətin daxili və xarici siyasiətinin dəyərləndirən resurs kimi baxırıq. Biz daxildə sizin vasitənizlə əhalinin mövcud iqtidara, oppenentlərə olan münasibətini öyrənirik. Biz eyni zamanda rəqiblərimizin imkanlarını nəyə söykəndiklərini öyrənirik. Mətbuat bu anlamda cəmiyyətin güzgüsüdür. Mətbuat bir dövlətin imicinin formalaşmasında vasitədir. Müasir dünyada imic yaratma prosesləri bəlli mərkəzlər tərəfindən yaradılır. Əlbəttə ki, bunlar KİV qanunları çərçivəsində həyata keçirilir. Bütün dövlətlər çalışır ki, həmin cəmiyyətdə ictimai ovqatı yaranan vəziyyəti KİV-lər vasitəsilə öyrənsin. Bu mənada dünya dövlətləri müəyyən mənada mətbuatı idarə edir. Bu baxımdan Azərbaycan hakimiyyəti çalışır ki, KİV-ləri idarə etsin. Amma bu idarəetmə ona nə dərəcədə mane olur, onun işinə necə təsir göstərir? Biz Azərbaycada KİV-ləri dəstəkləmək xəttini götürmüşük. Heç kim deyə bilməz ki, bu KİV fəaliyyətinə müdaxilədir, onun siyasətini dövlət müəyyən edir. Biz onlarla səmərəli tərəfdaşlıq qurmağa çalışırıq. KİV-in seçkilərdə fəaliyyəti hakimiyyət strukturları üçün maraqsız deyil. Seçkilərin keçirilməsi “KİV haqqında” qanunun normalarına uyğun qurulmalıdır. Bu gün prezident İlham Əliyev də siyasi plüralistlik cəmiyyətin formalaşması üçün addımlar atır. Azərbaycanda internet azaddır, kimsə blok açıb öz fikrini yaza bilər, sosial şəbəkədə öz fikrini bildirə bilər. Buna heç kim müdaxilə edə bilməz”.

 

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv