Yazı İçi 468×60

eflat5Bu gün səhər saatlarında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalist Zabil Müqabiloğlunu 1 saylı Şəhər Kliniki Xəstəxanasında ziyarət edib

Bu barədə Pia.az saytına Zabil Müqabiloğlu özü məlumat verib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov İranda səfərdə olmasına baxmayaraq, Zabil Müqabiloğlunun səhhəti ilə mütamadi olaraq maraqlandığını və Səhiyyə Nazirliyi ilə davamlı əlaqədə olduğunu bildirib. İrandan qayıtdıqdan sonra isə Əflatun Amaşovun ilk işi tanınmış jurnalisti xəstəxanada ziyarət etmək olub. Xəstəyə can sağlığı diləklərin çatdıran Mətbuat Şurasının sədri qeyd edib ki, Zabil Müqabiloğlunun müalicəsi və əməliyyatı ilə bağlı müvafiq dövlət qurumlarına rəsmi olaraq müraciət edib. Əflatın Amaşov jurnalistin müalicəsinin dövlət yardımı ilə aparılacağına da ümid etdiyini dilə gətirib.

Xatırladaq ki, jurnalist Zabil Müqabiloğlunun səhhəti kəskin pisləşib. Beş gün öncə mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən həmkarımızın durumu ağır olaraq qalır. Həkimlərin müdaxiləsindən sonra mədə-bağırsaq nahiyəsində qeydə alınan daxili qanaxma dayandırılıb. Məlum olub ki, qanaxma qaraciyərin serrozu portal – hipertensiya, qida borusu venasının varikoz genişlənməsindən yaranıb. Zabil Müqabiloğlunun qaraciyər transplantasiyasına ehtiyacı var.

Qeyd edək ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə “Gunxeber.com” saytına rəhbərlik edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."