Yazı İçi 468×60

eflatun amasovv“İkinci devalvasiya nəticəsində medianın vəziyyəti ağırlaşıb. Qəzet kağızı 100 faizdən çox bahalaşıb, çap xərcləri yarıbayarı artıb. Qəzet satışı çox zəifdir”.

Bu fikirləri deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Mətbuatın üzləşdiyi problemləri Milli Məclisdə qaldıran MŞ sədri bu sahədə reklam gəlirlərinin aşağı olduğunu bildirib.

Onun sözlərinə görə, ölkənin aparıcı KİV-lərinin illik büdcələrinin təqribən 70 faizi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hesabına formalaşır: Göründüyü kimi, media bazar münasibətləri sistemində oturuşmadığından kommersiya qurumları kimi fəaliyyət göstərmir, daha çox ictimai missiya yerinə yetirir. Bu missiya həm cəmiyyət, həm də dövlət üçün vacibdir. Buna görə də KİV-lərimiz qarşılaşdıqları iqtisadi çətinliklərə baxmayaraq, ayaqda qalmalıdırlar. Düzdür, bir çox sahələrdə qənaət etməliyik. Ancaq düşünürəm ki, mediaya həssas yanaşılmalıdır. Qeyd etdiyim kimi, daxildə ictimai rəyin düzgün şəkildə formalaşdırılması önəmlidir. Medianın fəaliyyətində hər hansı axsamalar olmamalıdır”.

Ə.Amaşov hesab edir ki, mətbuat inkişaf etməlidir, çünki ölkəmizə kənardan maraq böyükdür: “Bu maraq həmişə müsbət cəhətlərlə yadda qalmır. Elə qüvvələr var ki, onlar bu və ya digər şəkildə medianı da ələ almaq istəyirlər. Ötən illər hamımızın yaxşı xatirindədir. Düşünürəm ki, məhz buna görə də bizlər medianın maliyyə vəziyyətini hazırkı şəraitə uyğun sabit saxlamalıyıq. Bunun yolu isə KİV DF üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasından keçir. Biz hazırkı vəziyyətdə nə tez bir zamanda reklam bazarını genişləndirə, nə də hansısa başqa maliyyə vasitələrini mediaya yönləndirə bilərik. Yeganə mexanizm KİV DF-yə ayrılan maliyyə vəsaitinin artırılmasıdır. İstərdim ki, məsələyə həssas yanaşaq”.

Deputat, həmçinin internet medianın cəmiyyətdə rolunun artdığını vurğulayıb: “Bu gün internet media orqanları ölkə daxilində ictimai rəyi formalaşdırır, xaricdə Azərbaycanın müsbət imicini yaradır və çevik təşviq edirlər. Çalışmalıyıq ki, onlar bu missiyanı indikindən də mütəhərrik yerinə yetirə bilsinlər. Dünyada informasiya müharibəsi gedir. Biz də onun içərisindəyik. Buna görə də onlayn medianın dövlət dəstəyindən bəhrələnməsi zəruridir. Əgər KİV DF-yə ayrılacaq maliyyə artsa, onlayn jurnalistikanı da maliyyələşdirə bilərik”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."