Meteohəssas insanlarda narahatlıq yaranacaq

Müəllif: Redaktor

Editor

7db814b1548a93f905627ba90935e3dd (1)Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında temperatur gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 21-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda şişmək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq. Dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı proqnozlaşdırılır.

Oktyabrın 21-23-də Abşeron yarımadasında əksər meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər(APA).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir