Metro istifadəçilərinə bəd xəbər

Metro istifadəçilərinə bəd xəbər

Müəllif: Redaktor

Baş Redaktor

“İnşaatçılar” stansiyasının 1-ci vestibülü yanvarın 23-dən giriş-çıxış üçün müvəqqəti bağlanacaq.

Bu barədə  ““Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətnin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərnə görə, 1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olub:

“Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlmiş, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb.”

Nəsimi Paşayev “İnşaatçılar” stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunmasının vacibliyni vurğulayıb:

“I vestibüldə yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq. Odur ki, “İnşaatçılar” stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar 2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (“20 Yanvar” tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.”

Yenicag.az

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti