!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metro istifadəçilərinə xəbərdarlıq

!Reklam – Yazi

1379321209_214236_905Bakı Metropoliteninin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması işləri davam etdirlir.

Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O, qeyd edib ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdirilməlidir:

“Bunun üçün stansiyanın 1-ci vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.

Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq”.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv