www.sinerjipro.net

SinerjiProWide
Reklam

38306Bakıda avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartların istifadəsinə başlanılır.

İlkin mərhələdə “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartlarından “BakuBus”MMC-yə məxsus avtobuslarda və Bakı Metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək.

“BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartlarını bütün stansiyaların vestibüllərində və “BakuBus” MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.

“BakıKart”ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrində daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.

Ajiotaja səbəb olmuş əsas məsələ “Metrokart”la bağlıdır, çünki hazırda həmin karta metrodan istifadə üçün pul yatırmış yüz minlərlə vətəndaş var. Yeni vahid karta keçiddə həmin pullar itəcəkmi?

Bakı Metropolitenindən verilən məlumata görə, “Metrokart”ın girov dəyəri 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: “Metrokart”ın girov dəyəri “Metrokart”a gediş haqqı olaraq yüklənir. “Metrokart”ın balansı sıfır olduqda atılır və yeni “Bakıkart” alınaraq istifadə olunur. “Metrokart”ın girov dəyəri və balansında olan məbləğ “BakıKart”a köçürülərək istifadə edilir.

“Metrokart”ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. “Metrokart”ın girov dəyəri və balansında olan məbləği “BakıKart”a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə “Bakıkart”ı alıb istifadədə olan “Metrokart”ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir.

“Qafqazinfo” bildirir ki, bir ədəd “Metrokart”ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd “Bakıkart”a transfer etmək mümkündür. “Metrokart”ı qaytarmaq istəyən sərnişinlər kartın girov dəyərini avqusutn 15-nə kimi stansiyaların xəzinədarlarından geri ala biləcəklər.
Avqustun 15-dən sentyabrın 30-dək “Metrokart”ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq.

Sentyabrın 30-dək metropolitendə “Metrokart” və “Bakıkart”ın birgə istifadəsi həyata keçiriləcək. Sentyarın 30-dan etibarən “Metrokart”ın istifadəsi dayandırılacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."