www.sinerjipro.net

SinerjiProWide
Reklam

82455Bakı Metropolitenində“ qatarların stansiyaya çatma müddəti (intervalı) sentyabr ayından etibarən tezləşdiriləcək.”

Bunu ANS PRESS-ə açıqlamasında Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Xidmət rəhbərinin sözlərinə görə, buna səbəb Metropolitenin qış rejiminə keçməsidir.

“Hazırda Metropoliten şəhərdə insan sıxlığının az olması ilə əlaqədar olaraq yay rejimində işləyir. Lakin sentyabrda tədris müəssisələrinin açılması ilə sıxlıq artacaq . Buna görə də qış rejiminə keçiləcək və qatarlar arasındakı interval 2 dəqiqə olacaq. Hazırda isə həmin interval 2.5 – 3 dəqiqə arasında dəyişir.”-deyə Nəsimi Paşayev bildirib.

Xidmət rəhbəri Bakı Metropolitenində qatarların hərəkətində qış qrafikinə keçidin tarixinin hələlik dəqiqləşmədiyini, lakin adətən yeni qrafikə keçidin sentyabr ayının ilk on günlüyündə olduğunu bildirib.”Əgər sərnişin sıxlığı çox olarsa, yeni qrafikə daha tez keçilə bilər.”- deyə N. Paşayev deyib.

Hazırda isə interval metronun “28 May” – “Həzi Aslanov” stansiyaları arasında 2,5 – 3 dəqiqə, “28 May” – “Dərnəgül” və “28 May” – “İçərişəhər” stansiyaları arasında isə 5-6 dəqiqədir. Qış rejiminə keçəndən sonra isə sərnişin sıxlığı nəzərə alınmaqla interval yenə də müvafiq olaraq 2 – 2,5 dəqiqə və 3 – 4 dəqiqə olacaq.

Hazırda hər gün metrodan təxminən 400 – 450 min nəfər istifadə edir. Qış rejiminə keçəndən sonra bu göstərici gün ərzində təxminə 700 – 750 min olacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."