Yazı İçi 468×60

metroqataresasBakı Metropoliteninin “Cəfər Cabbarlı” stansiyasının təmirə bağlanan ikinci xətti açılıb.

Bu gün səhər saatlarından stansiyanın ikinci xətti sərnişinlərin istifadəsinə verilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumatı təsdiqləyib. O bildirib ki, qatarlar arasında interval da əvvəlki vəziyyətə qaytarılıb, yəni, 10 dəqiqədən 8 dəqiqəyə qədər azaldılıb.

Qeyd edək ki, fevralın 9-da bağlanan xəttin bu ilin sonuna qədər açılması planlaşdırılırdı, lakin təmir işləri vaxtından qabaq yekunlaşdırılıb.

Xatırladaq ki, bundan əvvəl də hər iki xətt mütəmadi istifadə olunmurdu, bir xətdən gələn qatar digəri ilə yola salınırdı. Tunel boya işləri və korroziyanın yol açdığı bəzi problemlərlə əlaqədar sağlamlaşdırma işləri üçün bağlanmışdı(report).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."