Metropoliten tenderlərdən imtina etdi

Metropoliten tenderlərdən imtina etdi

Müəllif: Redaktor

Baş Redaktor

“Bakı Metropoliteni” QSC ötən il elan etdiyi və nəticələrini açıqladığı 3 tenderin davamından imtina edib.

Yenicag.Az  xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, söhbət 2016-cı il oktyabrın 11-də və 26-da elan edilmiş, dekarın 14-də isə nəticələri açıqlanmış işçilər üçün fərdi mühafizə vasitələrinin satın alınmasına dair tenderdən, avqustun 7-də və 19-da elan olunmuş, nəticələri sentyabrın 30-da açıqlanmış “Bənövşəyi xətt” üzrə şərti adı “B03” olan stansiya üçün 3 ədəd sərnişin liftinin alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin satın alınmasına dair tenderdən, eləcə də avqustun 17-də və 30-da elan edilmiş, oktyabrın 14-də nəticələri açıqlanmış adı çəkilən stansiya üçün tunel və güc ventilyatorlarının, dempferlərinin və onların aksesuarlarının alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin satın alınmasına dair tenderdən gedir.

Hər 3 satınalma proseduruna xitam verilməsi şirkətin maliyyə imkanlarının məhdud olması ilə bağlıdır.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC 2014-cü ildə Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1,771 mlrd. manatdır.

Yenicag.Az

Xəbərlər, Tender, İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti