Metropolitendə yenilik

Metropolitendə yenilik

Müəllif: Manager

Baş Redaktor

images (4)“Bakı metropolitenin koseptual planında yerüstü metro xətlərinin çəkilməsi olmasa da, gələcəkdə bu məsələyə baxıla bilər”.

Bunu Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev söyləyib.

Onun sözlərinə görə, hazırda konseptual sxem üzrə işlər görülür:

“Hələlik yerüstü xətlərin çəkilməsi planda olmasa da, yeraltı bəzi yeni xətlərin olacağı dəqiqdir. Beləki, bu yeniliklərdən biri də sarı xəttin olmasıdır. Bu xəttdə Binəqədi qəsəbəsindən Bibiheybətə metro xətti çəkiləcək.” (salamnews.az)

Cəmiyyət

Metropolitendə yenilik

Metropolitendə yenilik

Müəllif: Manager

Baş Redaktor

metro_06512 (1)Bakı Metropoliteninin stansiyalarında yeni yanğından mühafizə sisteminin tətbiq edilməsinə başlanılıb. Bunu  “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, Bakı Metropolitenində yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məqsədilə yeni inşa edilən stansiyalarda müasir tipli avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi quraşdırılır: “Bu sistem yeni inşa edilən xətlərdəki bütün stansiyalarda quraşdırılır. Yeni mühafizə sisteminin tətbiqindən sonra metroda hər hansı yanğın hadisəsi baş verən zaman həm siqnalizasiya, həm də onun söndürülməsi mexanizmi işə düşəcək və yanğın avtomatik qaydada söndürüləcək. Bakı Metropoliteni rəhbərliyinin göstərişi ilə artıq köhnə stansiyalarda da yeni sistemin tətbiq edilməsi planlaşdırılır”.

N.Paşayev deyib ki, hazırda yeni sistemin köhnə stansiyalarda da tətbiq olunması istiqamətində iş aparılır: “Sovet dövründə inşa edilən stansiyaların heç birində nə siqnalizasiya, nə də avtomatik yanğınsöndürmə sistemi olub. Lakin nisbətən yeni inşa edilən “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “İçərişəhər”, “28 May”, “Koroğlu” stansiyalarında artıq müasir yanğından mühafizə sistemi qurulub. Gələcəkdə köhnə stansiyalarda da yeni sistemin quraşdırılması nəzərdə tutulur. Yəni bu, mümkünsüz deyil. Sadəcə Sovet dövründə inşa edilmiş həmin stansiyalarda əvvəlcədən belə sistemin quraşdırılması nəzərdə tutulmadığından orada əsaslı dəyişikliklər və inşa işlərinin həyata keçirilməsi tələb olunur”.

O, həmçinin bildirib ki, hazırda bütün stansiya və vaqonlarda yanğınsöndürmə balonları qoyulub. Balonlar mütəmadi olaraq sınaqdan keçirilir, lazım gəldikdə isə yeniləri ilə əvəz olunur.

N.Paşayev qeyd edib ki, metronun bütün stansiyalarındakı yanğından mühafizə sistemi mütəmadi olaraq həm Bakı Metropoliteninin Yanğından mühafizə dəstəsi, həm də FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yoxlanılır, onun təkmilləşdirilməsi üçün tövsiyələr verilir. Bundan əlavə, FHN-in əməkdaşları ilə birgə metropoliten əməkdaşlarına yanğından mühafizə təlimləri keçirilir, yaranan hər hansı hadisəyə qarşı operativ reaksiya verilməsi üçün mütəmadi təkmilləşmə seminarları təşkil olunur, işçilər müvafiq qaydada təlimatlandırılır.

Bundan əlavə, əhali məlumatlandırıcı lövhələr vasitəsilə yanğın təhlükəsi doğuran əşyaların metropoliten ərazisinə daxil edilməsinin qadağan olunması, eləcə də yanğın təhlükəsizliyinə riayət edilməsi barədə maarifləndirilir. (trend.az)

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti