www.sinerjipro.net

SinerjiProWide
Reklam

Əslində, söhbət “Meydan TV”dən gedirsə, erməni Onnik Krikorianın bu internet telekanalı üçün işçi axtarmaqda Həbib Müntəzir və Emin Milliyə yardım etməsində təəccüblü heç nə yoxdur.

Baxmayaraq ki, düşmənin əmrinə müntəzir olan Həbib bu reallığı inkar edir, səsləndirilən iddiaları heç yaxınına da buraxmır, amma…

Amması odur ki, “Bizdə hazırda erməni jurnalist işləmir. Saytın keçidini hansısa erməni, kürd, ingilis, amerikan, ərəb, türk nəsə məqsədlə yayır və istifadə edirsə, buna görə məsuliyyət daşımırıq” deyən Həbibi məhz dostu, erməni balası Krikorianın özü ifşa edib.

Həbib hər nə qədər inkar etməyə çalışsa da, adıçəkilən erməni “Meydan TV” üçün kifayət qədər reportaj hazırlayıb.
Məsələn, Onnikin “facebook”dakı şəxsi hesabında mayın 16-ı tarixindəki paylaşımına diqqət yetirək:

“Meydan TV”də uzun müddət oxunan, dörd video və fotoşəkillərdən ibarət olan və Gürcüstanda birlikdə yaşayan erməni-azərbaycanlı etnikli bir xüsusiyyəti olan son teaserim”.

Əcaba, Emin Milli və Həbib Müntəzirin bundan xəbəri yox idi?

Onnikin 18 aprel tarixindəki paylaşımına da diqqət yetirək: “Bu il səbrsizliklə Qafqaz festivalını gözləyirəm. Əgər vaxtım olsa, könüllü olaraq getməyi planlaşdırıram. Daha çox insanın könüllü qoşulmasını və ziyarət etməsini istərdim. Böyük tədbirdir və region üçün təravətləndiricidir. Keçən il “Meydan TV” üçün hazırladığım reportaj”.

Görəsən, Milli ilə Müntəzirin bundan da xəbəri yox idi?

Bəs bundan necə?

Onnik Krikorianın kimliyinə gəlincə, o, 2013-cü ildən Tiflisdə keçirilən “4M Journalism and Social Media” forumunun təşkilatçısıdır. Müxtəlif bəhanələrlə Azərbaycandan qaçıb, digər ölkələrə sığınan, özlərini demokratiya çarçısı elan edən şəxslərin tanışlığı da məhz bu forum sayəsində olmalıdır. Həmin forumda iştirak etmək, ermənilərlə yeyib-içmək, hətta poz verərək şəkil çəkdirmək də “bizimkilər” üçün adi haldır.

Məsələn, şəkildə gördüyünüz şəxs “Epress.am” saytının redaktoru Yuri Manvelyandır. Qarşısında əyləşən isə bloger Mehman Hüseynovun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sabiq rəhbəri Emin Hüseynovdur.

Şəkillərin müəllifi isə Həbib Müntəzirin “hansısa erməni” adlandırdığı Onnik Krikoriandır.

Onnikin müəllifi olduğu bu şəkildə isə Emin Hüseynov gülümsəyir. Yanındakı xanım isə ermənidir – Qoar Xodjayan. Hüseynov fotoda torpaqlarının 20 faizi işğal olunan, 1 milyon məcburi köçkünü olan ölkənin vətəndaşı kimi görünmür.

Onnik daha sonra öz şəxsi “Twitter” hesabında Emin Hüseynov və erməni qızı Qoarın şəkilini paylaşaraq yazır: “Bu həftənin əvvəlində “IRFS Azerbaijan”ın Gürcüstandakı yeni mərkəzində dostlarla qarşılaşmaq möhtəşəm idi”.

Bütün bunlar təsadüfi deyil. Bu qrup əslində, özlərini müxalif kimi təqdim edir. Həqiqətdə isə ermənilərlə işləyən, dostluq edən ortaq layihələrdə birləşən şəbəkədir. Bunlar üçün hər məsələdə Azərbaycan hədəf seçilir. Baş verən hadisələr zamanı elə maskalanırlar ki, guya xalqı düşünürlər. Əslində isə xaricdən maliyyələşməklə dövlətimiz əleyhinə fəaliyyət göstərirlər.

Həbib Müntəzir fikir səsləndirir ki, Azərbaycan da bir çox erməniləri öz tərəfinə çəkmək istəyir. Əslində bu, normal bir şeydir. Necə ki, düşmənlərimiz Həbibi, Emil Millini öz tərəflərinə çəkirlər, dövlətimizə qarşı təbliğat aparmaq üçün istifadə edirlər, Azərbaycan da çox təbii olaraq, düşmənin bizə işləməsi üçün addımlar atır. Ermənilər bu məsələdə öz dövlət maraqlarından çıxış edirlər. Hər halda düşmən adıçəkilən şəxslərin qara qaşına, qara gözünə də vurulmayıb.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 298
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."