!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məzahir Pənahov yenidən sədr seçildi

!Reklam – Yazi

скачанные файлыBu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

İclasda təşkilatı məsələlərə – MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

İclasda Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də iştirak edib.

Məzahir Pənahov yenidən MSK sədri seçilib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq, qəbul edilib.

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib.

Qərara əsasən, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almaz Qəhrəmanlı, Etibar Quliyev, Mikayıl Rəhimov, İlkin Şahbazov MSK üzvlü, Sürəddin Hümbətov, Bəhruz Quliyev, Aydın Muradov və Niyaməddin Orduxanov isə MSK-nın əvəzedici üzvlü təyin olunub.

Qeyd edək ki, MSK-nın 2010-cu ildə formalaşan tərkibindən iki nəfərin – Tamam Cəfərovanın və Akif Qurbanovun adı çıxarılıb, onların yerinə Hüseyn Paşayev (YAP) və İlkin Şahbazovun (Sosial Rifah Partiyası) adı əlavə olunub. A. Qurbanov Ümid Partiyasının MSK-dakı təmsilçisi olub. Ümid Partiyası 2015-ci ildə keçirilən parlament seçkilərində deputat mandatı qazana bilməyib.

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv