!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məzun evi” açılışa hazırlaşır

!Reklam – Yazi

ruxsareBakının internat və uşaq evlərini tərk etmiş yüzlərlə məzun dekabrın sonunu səbrsizliklə gözləyir. Axı onlar 2017-ci ili öz evlərində qarşılayacaqlar.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “Məzun evi” sosial müəssisəsinin ikinci binası (Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 2.) istifadəyə tamamilə hazırdır. Burada hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 125 nəfər mənzil alacaq. “Məzun evi”nin direktoru Rüxsarə Axundovadan aldığımız məlumata görə, tezliklə üçüncü binanın da əsası qoyulacaq. Və yeni kompleksdə uşaq bağçası və oyun meydançaları da tikiləcək:

“Bizim ilk “Məzun evi”ndə 36 ailə yaşayır. Və mənim 37 “nəvəm” var.; 6 “nəvəm” də gələn il doğulacaq. Körpələr böyüdükcə uşaq bağçasının vacibliyini gördük. Buna görə də yeni bina ilə yanaşı bu müəssisənin də tikintisinə başlayacağıq. Ümidvaram ki, “Məzun evi”nin sakinlərinin heç bir sahədə problemi olmayacaq”.

www.yenicag.az

1661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv