!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Microsoft”un yeni texnologiyası, proqramçıları, işsiz qoya bilər

!Reklam – Yazi

“Microsoft” şirkəti, Kembric Universiteti ilə birlikdə DeepCoder adlı proqram təminatı üzərində çalışır.

Bu barədə Yeniçağ.Az “Technote.az”a istinadən məlumat verir.

Sözügedən texnologiyada olan süni zəka, hazırlanan proqram təminatının təsviri ilə çalışa bilir və artıq məlum olan işlək kod sətrləri ilə böyük məlumat bazasında lazımi kodu tapa bilir. DeepCoder sanki elmi-fantatik kitablardan çıxmış texnologiyaya bənzəyir. DeepCoder, böyük məlumat bazasından lazımi işlək kodları çıxardaraq bir neçə saniyə ərzində özünün lazımi iş alqoritmini qurur.

“Proqram kodunun yazılmasının avtomatlaşdırılması texnologiyası çox inanılmazdır. Bu, kod hazırlanması üçün sərf olunan böyük bir gücün aradan qaldırılması deməkdir. Bu cür sistem, istənilən insandan daha keyfiyyətli iş təqdim edəcək. Bundan əlavə olaraq daha əvvəllər yaradılması mümkün olmayan sistemlərin qurulması da mümkün olacaq” – deyə Massaçusets Texnologiya İnstitutunun profesoru qeyd edib. DeepCoder, hansı əsas kodun çalışıb çalışmadığını müəyyən etmək bacarığına sahibdir.

Sözügedən texnologiya, işlək proqram təminatını bir neçə saniyə ərzində yaradır. Digər köhnəlmiş sistemlər isə buna bir neçə dəqiqə vaxt sərf edirlər. Belə ki, köhnə sistemlər hər bir kod birləşməsini, işləyəcəyi vaxta qədər yoxlayır. Beləliklə “Microsoft”un yeni texnologiyası daha aöğıllı platforma hesab edilir.

Bununla belə proqramçılar hələki rahat ola bilərlər. Proqram təminatlarının hazırlanmasının tamamilə avtomatlaşdırılması sistemi barədə danışmaq hələki tezdir. Son testlərdə DeepCoder, 5 sətrlik kod hazırlanması məsələsindən uğurla keçmişdir. Lakin süni zəka və neyron şəbəkələrinin inkişaf sürətini nəzərə alsaq, onda bu cür texnologiyanın artıq işlək vəziyyətini biz bir neçə ildən sonra əldə edə bilərik. Hətta elə bir vaxt gələcək ki, adi istifadəçi, kompüterə istədiyi tətbiqin təsivirini verəcək və kompüter bir neçə saniyə ərzində hazır interfeysli tətbiqin bir neçə versiyasını təqdim edəcək.

Yeniçağ.Az

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv