Yazı İçi 468×60

“Yoxlanılsa, görərik ki, bu təxribatın arxasında ermənilərə işləyən casus, ya da  düşməndən rüşvət alanlar dayanır. Bu cür səhvi ermənilərin özləri də etməzlər”.

Yenicag.az xəbər verir ki, bunu unikal.org-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu “Всеобщая история” (“Ümumi tarix”) dərsliyində “Böyük Ermənistan” xəritəsinin çapına münasibət bildirərkən deyib. Cəlaloğlu bildirib ki, bu, təhsil sistemində ilk nöqsan deyil:

“Deyək ki, bu, təsadüfdir. Burda görünən odur ki, Təhsil Nazirliyində dövlətin əleyhinə işləyən, Azərbaycan xalqının mənafelərinə zidd mövqe tutan insanlar var. Onlar zaman-zaman dəftərlər, kitablar və başqa atributlar vasitəsilə özlərinin siyasətini həyata keçirirlər”.

Cənab Cəlaloğlu da hesab edir ki, Mikayıl Cabbarov sözügedən hadisə ilə bağlı özü istefa verməlidir:

“Çünki Cabbarovun rəhbərlik etdiyi sahədə dövlətin əleyhinə olan çox ciddi səhvə yol verilib. Bu hallar ağır nəticələrə gətirib çıxaran hadisə olduğuna görə istefa verməlidir. Dövlət başçısı bütün dünyada Dağlıq Qarabağın tarixi faktlarla Azərbaycan ərazisi olduğunu deyir və bu istiqamətdə təbliğatını aparır. Amma İlham Əliyevin apardığı siyasəti ölkəmizdə tamamilə ifşa edən belə bir “səhv” baş verir. Təhsil Nazirliyi bu dərslikləri məktəblərdən yığışdırmaqla deyil ki?! Düşmən mətbuatı bu səhvdən çox ciddi şəkildə istifadə edir. Bildirirlər ki, “doğrudan” da Azərbaycanda Dağlıq Qarabağın tarixən Ermənistan ərazisi kimi tanıyan kitab çap olunub və bundan geniş şəkildə istifadə edirlər. Bu kitabdan beynəlxalq qurumlarda, danışıqlarda istifadə edəcəklər. Görün  Mikayıl Cabbarov nə dərəcədə rütbəsini sevir ki, dövlətçiliyə çox ciddi zərbə vuran hadisə ilə bağlı özü haqqında heç bir tədbir görmür. Biri səhv edən kimi işdən çıxarırsan. Xeyr ola, dövlətimizə ciddi zərbə vuran səhvinə görə, özün barəndə heç bir tədbir görmürsən? Fikrimcə, Mikayıl Cabbarov ən azından özü-özünü cəzalandırmalıdır”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7141
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."