!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mikayıl Cabbarov və Yaqub Məmmədov cəzalandırılmalıdır, kiçik elmi işçi deyil” - Tanınmış vəkil

!Reklam – Yazi

Bir neçə gündür ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin ərazilərinin təsvir olunması ilə bağlı müzakirələr davam edir.

Yenicag.az xəbər verir ki, xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilməsi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı açıqlama yayan Təhsil Nazirliyi də məlum dərslikdə yanlışlığa yol verildiyini, kitabın yenidən çap olunacağını bildirib.

İctimai xadim, vəkil Aslan İsmayılov isə hesab edir ki, əsl günahkarlar kənarda saxlanılaraq, “qurban” axtarılır:
“Bu biabırçılığı da gördük. Orta məktəb tarix dərsliyində Böyük Ermənistanın xəritəsi özünə yer alıb. Bir neçə gündür ki, hamı “günahkar”ı tapıb və bir kiçik elmi işçinin üstünə düşüb. Hesab edirəm ki, bu bəsit yanaşma əsl günahkarların cəzasız qalmasına xidmət edir. Əminəm ki, həmin xəritədən illər sonra ermənilər “azərbaycanlılar özləri bizim əraziləri etiraf edirdi” deyib kitabları sübut kimi göstərəcəklər. Doğrudan da bu bir səhvdirsə, onda Təhsil naziri M.Cabbarov və AMEA-nın Tarix İnstitutunun direktoru Y.Mahmudov başda olmaqla kitabın nəşrinə məsul olan bütün şəxslər cəzalarını almalıdırlar”.

www.yenicag.az

2568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv