Yazı İçi 468×60

mekteb_muellime_001Son dövrlər Azərbaycan tarixi və Astronomiya dərsliklərinin ləğv olunması ilə bağlı cəmiyyətdə şayiələr gəzir.

Yenicag.az xəbər verir ki, atv.az-a məsələ barədə açıqlama verən Qərb Regional Təhsilə Dəstək İctimai Birliyinin sədri Nizami Məmmədli bildirib ki, bu prosedur dayandırılıb və gələcəkdə də həyata keçirilməsi düşünülmür.

“Ola bilsin ki, şagirdlər çox yüklənməsin deyə, Azərbaycan tarixi dərsliyində geniş məzmunlu dərslərin ixtisarı aparılsın. Amma Azərbaycan tarixi fənninin tamamilə ləğvi qeyri-mümükündür. Ümumdünya tarix fənninin ləğv edilməsi ilə bağlı şayiələr də mövcuddur. Bunlar da doğru deyil. Çünki ümümdünya tarixi fənlərində dünyanın bir sıra qabaqcıl ölkələrinin keçmişdən bu günə qədər olan sosial, siyasi, iqtisadi, mədəni tarixi ilə bağlı hadisələr öyrədilir. Şagird dünya tarixinin inkişaf etmiş və inkişafda olan dövlətlərinin tarixini ona görə öyrənməlidir ki, öz dövlətinin gələcəyini onlarla müqayisə edərək inkişaf etdirə bilsin. Ümümdünya tarixini öyrənmədikdə dölətlərarası inteqrasiyanı, qloballaşmanı, beynəlxalq münasibəti bilmək olmur. Hələ ki bu məsələ tarixçilərin və cəmiyyətin təsiri nəticəsində aradan qaldırılıb. Fikrimcə, bu məsələnin tətbiqi heç də doğru addım deyil. Ona görə ki, hər kəs kimliyini, keçmişini yaxşı bilərsə, gələcəyini yaxşı qura bilər”.

“Astronomiya fənnninə gəlincə isə, ola bilsin ki, fənn kimi “Astronomiya” adı dəyişdirilsin, lakin dərsliyin məzmunu “Həyat bilgisi” fənni adı altında şagirdlərə keçilsin. Çünki Astranomiyada öyrədilən biliklər şagirdlərin həyat, dünya, kainat haqqında düşüncələrini təkmilləşdirir”- deyə Nizami Məmmədli bildirdi.

Qeyd edək ki, son günlər orta məktəb fənlərinin ixtisarı və uyğun fənlərdə cəmləşməsi müzakirə edilir.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."