Mikayıl Cabbarovun menyusuna: Müəllim günü bazarındakı qiymətlər

Mikayıl Cabbarovun menyusuna: Müəllim günü bazarındakı qiymətlər

Müəllif: Redaktor

Baş Redaktor

Без названия5 oktyabr Beynəlxalq müəllimlər günü Azərbaycanda bir çox valideynlər üçün heç də xoş keçməyib. Belə ki, müvafiq rəsmi qurum tərəfindən dəfələrlə deyilməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq bir sıra məktəblərdə müəllim günü münasibətilə valideynlərdən pul yığıldığı barədə məlumatlar yayılıb.

Belə ki, Xırdalan şəhər 1 saylı tam orta məktəbdə iki övladı təhsil alan adının açıqlanmasını istəməyən valideynlərdən birinin Yenicag.az-a verdiyi məlumata görə müəllim günü münasibətilə sözügedən məktəbdə valideynlərdən pul yığılıb:

“İki övladım 1 saylı Xırdalan şəhər məktəbində oxuyur. Müəllim günü yaxınlaşan ərəfədə övladlarım həmin günlə bağlı olaraq müəllimlər üçün pul yığılacağını bildirdilər. Belə ki, onların dediyinə görə, ibtidai sinifdə oxuyan şagirdlərin hər birindən 20, daha yuxarı siniflərdən 30, IX-X siniflərdən 40, buraxılış sinifi şagirdlərindən isə 50 manat istənilib. Təssüf edirəm ki, içi özüm qarışıq valideynlərin demək olar ki, hamısı məktəb rəhbərliyinin bu özbaşınalığına etiraz etmək gücündə deyilik. Çünki istənilən pulu verməsək uşaqlarımızın dərs prosesində incidiləcəyindən, onların sıxışdırılacağından ehtiyat edirik. Ona görə də məcbur olub iki övladımıza görə müəllim günündə 70 manat verməli olduq. Təəssüf edirəm ki, hələ də Azərbaycan məktəblərinin çoxunda bu kimi neqativ hallar baş alıb gedir. Başa düşürük müəllimlərin əmək haqqı çox aşağıdır. Amma bu o demək deyil ki, müəllimlərin maddi imkansızlığı daha pis durumda yaşayan valideynlərin hesabına öz həllini tapmalıdır. Nəyə görə müxtəlif günlər, bayramlarla bağlı olaraq bir çox məktəb rəhbərliyi və müəllimlər qanunsuz istəklərdə bulunmalı və bu istəklər də biz valideynlərin hesabına öz həllini tapmalıdır”.

Qeyd edək ki, 1 saylı Xırdalan şəhər tam orta məktəbdə 3100-dən artıq şagird təhsil alır.
Məsələ ilə bağlı əks tərəfin də fikirlərini verməyə hazırıq.

ELÇİN

Cəmiyyət, Özəl, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti