www.sinerjipro.net

SinerjiProWide
Reklam

AFFA-nın “Kəpəz” Futbol Klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Quliyevin (Nərimanoğlu) geri çağırıldığını xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, bu gün o, AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən də azad olunub. Beləcə, M.Nərimanoğlu bir gündə iki vəzifəsini itirib. Əvəzində onun AFFA-da hansısa başqa bir kiçik vəzifəyə keçirildiyi bildirilir. Lakin bu barədə hələlik, rəsmi açıqlama verilməyib.

AFFA-da mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yeni rəhbəri də bəllidi. Uzun illərdi sözügedən şöbədə fəaliyyət göstərən Firuz Abdulla yeni sədr seçilib.

Sonda onu da qeyd edək ki, M.Nərimanoğlunun maliyyə yoxlaması zamanı ciddi qüsurları üzə çıxıb. “Kəpəz”də maliyyə məsələlərinə nəzarət edən bu adamın qüsurları sübut olunub və o, qovulub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4384
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.