www.sinerjipro.net

SinerjiProWide
Reklam

Karate üzrə Avropa və Dünya çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev Yeniçağ.az-a müsahibə verib.

– Azərbaycan karateçilərinin bugünkü vəziyyəti sizi qane edir?

– Təbii ki, Azərbaycan karatesinin bugünkü vəziyyətini yüksək dəyərləndirirəm. Çünki bunu əminliklə deməyə əsas verən göstəricilərimiz var. İstər Avropa və Dünya çempionatlarında, istərsə də yüksək liqalı yarışlarında nəticələrimiz sevindiricidir.

Hazırda yığma komanda İslam Həmrəylik Oyunlarına hazırlaşır. Biz də onları tam nəzarətdə saxlayrıq. Çalışırıq ki, Avropa Oyunlarındakı nailiyyətlərimizdən daha yüksək nəticə verək. Onu da qeyd etmək istərdim ki, İslam Oyunları Avropa Oyunlarından güclü yarışdır. Çünki İslam dövlətləri arasında

– İran, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı kimi ölkələrdə son vaxtlar güclü karateçilər yetişir. Bilirik ki, asan olmayacaq. Buna baxmayaraq, təlim-məşq toplanışlarımız çox yüksək səviyyədə keçib, artıq başa çatmaq üzrədir. Hətta İslamiadaya qədər bir çox hazırlıq yarışlarında böyük nailiyyətlər əldə etmişik. Bütün bunlar da əsas verir ki, İslamiadada bizim nəticəmiz yüksək olsun.

– Rafael Ağayev, Niyazi Əliyev və Ayxan Mamayev… Adları sadalananlar ən yüksək nəticə əldə edən idmançılardır. Karate ilə məşğul olmaq onların, yoxsa sizin vaxtınızda asan idi?

– Yox, mən elə deməzdim. Bizim gənclərin, yetirmələrimizin nəticələri bizdən qat-qat yüksəkdir. Bu da bizi sevindirir ki, vaxtında o məktəbin bünövrəsini düzgün qoymuşuq. Davamı gəlir… Sevinirik ki, belə yaxşı idmançılar yetişdirmişik.

Rafael Ağayev haqqında onu vurğulamaq istərdim ki, dünyada 1 nömrəli idmançılardandır. 5 dəfə Dünya çempionu olmaq olimpiya versiyası olan karatedə kimsənin vermədiyi nəticədir. Amma R. Ağayev bunu edib.
Uzun illərdir ki, Avropa və Dünya çempionatlarında ona qalib gələn karateçi yoxdur. Buna görə də deyirəm ki, indiki yetirmələrimizlə bizi müqayisə etmək olmaz. Biz karatenin bünövrəsini qoyan, o tarixi yazan və inkişaf etdirən insanlar olmuşuq.

– Ölkəmizi Tokio Olimpiya Oyunlarında karateçilərimiz də təmsil edəcək. Hələ 4 il var, sizcə yığma komandada dəyişikliklər edilməlidir, ya hazırki karateçilər də üzümüzü ağarda bilər?

– Karate ilk dəfə olaraq Olimpiadada yer alacaq. Olimpiya Oyunları tam fərqli bir statusdur. Yüksək idman yarışıdır, bilirik ki, çox ağır olacaq.

Ümid edirik ki, o vaxta yeni idmançılarımız da yetişəcək. Həmçinin Rafael Ağayev kimi Ayxan Mamayev, Niyazi Əliyev, Şahin Atamovun da nəticəsinin yaxşı olacağını düşünürük.

– Sizi tez-tez karateçilərlə məşq edərkən görürük. Fiziki baxımdan formadasınız. Bəlkə yarışlara çıxasız?

– Təvəzökarlıqdan kənar da olsa deyəcəm, vaxtı ilə məşq texnikamız yaxşı olub. Buna görə hələ də zala girib, rahat məşq edə bilirəm. Baxmayaraq ki, yaşımız artıb, statusumuzla bağlı işlərimiz ağırdır, qayğılar çoxdur.
Əvvəlki vəziyyətimlə indikində çox böyük fərq var. Amma yaş öz sözünü deyir.
Həftədə 3-4 dəfə məşq edirəm. İclaslarımızın, tədbirlərimizin sayı az olanda çalışıram ki, hər gün məşq edim.

– Həmkarınız Adil Əliyev veteranlar arasında keçirilən kikboks yarışlarına qatılır. Sizin belə bir fikriniz var?

– Məndə o boşluq yoxdur (gülür). Gənc vaxtımda yarışlarda daha çox iştirak etmişəm; o istəyi arzuları, kifayət qədər doldurmuşam. Düşünürəm ki, veteranlar arasında iştirak edib, yarışlara qatılsam nəticələrim yüksək olar. Amma o həvəs, istək yoxdur. Çünki vaxtilə zədələrim çox olub. İstəmirəm ki, bir daha həmin zədə problemim olsun, o ağrıları keçirdim. Çünki o zədələr olduqda normal həyat tərzini məhdudlaşdırıram. Məsələn: iclaslarda, digər tədbirlərdə iştirak edə bilmirəm.

– Bu gün rinqə çıxsanız hansı karateçini rəqib göstərərdiz?

– (gülür) Belə bir arzu-istəyim yoxdur. Rinqə çıxmaq fikrində deyiləm. Yaşımın artmağına baxmayaraq məşqlərdə iştirak edə bilərəm. Amma gənclərimiz bizdən çox-çox irəli gediblər. Bizim bu gün onlarla döyüşmək üçün gücümüz yoxdur.

– Yəqin ki, İslamiadanı yaxından izləmək üçün zalda olacaqsız?

– Mən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının rəhbəri olaraq bu işlərə tam nəzarət edəcəm. Buna görə də əlbəttə, İslam Oyunlarında olacam.

Təbii ki, karatedən başqa digər idman növlərinə də dəstək olacağıq. Karate açılışından sonra yarışın ilk günü mayın 13-14-dədir. Bundan sonra da vaxtımız olduqca digər yarışlara gedib, idmançılarımıza dəstəyimizi göstərəcəyik.

 

Aygün İlqarqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 103
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.