!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkili Jalə Əliyeva seçiciləri ilə görüşüb - FOTOLAR

!Reklam – Yazi

Milli Məclisin deputatı, professor Jalə Əliyeva millət vəkili seçildiyi Zərdab rayonunda seçicilərin növbəti qəbulunu keçirib.

Editor.az xəbər verir ki, 25 ailənin iştirak etdiyi qəbulda müraciətlər əsasən işə qəbul, müalicə, övladlığa uşaq götürülməsi, mənzillə təmin edilmə kimi sahələri əhatə edib.

Millət vəkilinin qarşısında qaldırılan problemlərin bir çoxu yerindəcə həll edilib, digər məsələlərin həlli üçün isə deputat tərəfindən müvafiq qurumlara müraciətlər göndərilib.

Millət vəkili Jalə Əliyeva vətəndaşlarla görüşlərdə qeyd edib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq ölkəmizin dünyadakı mövqeyi hər ötən gün daha çox möhkəmlənməkdədir. Bir müddət əvvəl Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə başlaması dövlətimizin siyasi və iqtisadi imkanlarını daha da gücləndirəcək.
Deputat bildirib ki, hökumət vətəndaşların sosial rifah halının daha da yüksəldilməsi üçün çoxsaylı proqram və layihələr həyata keçirir.

Vətəndaşlar deputatla söhbətlərində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətdən razılıq edərək, ölkə rəhbərliyinə olan dəstəklərini ifadə ediblər.

www.yenicag.az

3785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv