Millət vəkili Xocalı soyqırımı şahidi olan xanımın ailəsini ziyarət edib

Müəllif: Baş Redaktor

Baş Redaktor

1462131859_20160501_161635-1_resizedAzərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı erməni əsirliyində olmuş Dürdanə Ağayevanın ailəsində olub. Millət vəkili ailəni öz övladları və partiya üzvləri ilə birgə ziyarət edib.

Xanhüseyn Kazımlı Dürdanə Ağayevanın yaşayışı, şəraiti ilə tanış olub. Onun biricik qızı Ləman balanın təhsili ilə maraqlanıb. Ailənin ehtiyaclarını dinləyib və öz tövsiyyələrini verib.

Millət vəkili bildirib ki, erməni əsirlıiyində insanlığa sığmayan işgəncələrə məruz qalan Azərbaycan xanımı dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması baxımından canlı sübutdur: “ Dürdanə Ağayeva Azərbaycanın qadın qəhrəmanıdır. Qəhrəman qadındır! Onun bu cür şəraitdə yaşamasına yol vermək olmaz. Bildiyimə görə, ailə Buzovna kəndi EATS-453 binasında 2005-ci ildən məskunlaşıb. Azərbaycan müharibə şəraitini yaşayan bir dövlətdir. 1 milyondan artıq qaçqını və köçkünü var. Amma Cənab İlham Əliyev bu gün qaçqın və köçkünlərimiz üçün yaxşı şəraitin yaradılması üçün gərəkli göstərişlərini verir və daim onları diqqətdə saxlayır. İnanıram ki, sizin ailə də, tezliklə gərəkən qayğı və diqqətlə əhatə olunacaqdır. Mən Dürdanə Ağayevanın “Səkkiz gün erməni əsirliyində” adlı yazdığı dəhşət saçan o kitabı inanın ki, maşınımda gəzdirirəm. Çünki bu cür kitablar vaxt gələcək bir tarix olacaq. O tarixi ki, erməni vandalizmini öz gözləri ilə görmüş bir gənc qız yazaraq, Azərbaycanın səsini dünya ictimaiyyətinə çatdırır. Bu gün mən özümə borc bildim ki, həmən qəhrəman qadının evində, süfrəsinin başında oturum. Onun problemlərini, qayğılarını, ehtiyaclarını dinləyim. Bu gün biz fədakar rabitəçi Dürdanə Ağayevanın müalicə olunması üçün əlimizdən gələni etməliyik. Bu ilk növbədə bir azərbaycanlı kimi hər birimizin borcudur”.

Daha sonra millət vəkili çay süfrəsi başında Dürdanə Ağayevanın ailəsi ilə birgə xatirə şəkili çəkdiriblər.
Qeyd edək ki, görüşdə Azərbaycan Sosial Rifah Partiyasının sədr müavini Əsli Kazımlı və partiyanın Beynəlxalq Əlaqələr Şöbəsinin sədri Ülkər Musazadə də, iştirak edib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır