!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkilindən məmurlara sərt tənqid – “Guya ki, Azərbaycanın ən önəmli nazirliyidir…”

!Reklam – Yazi

reww“Azərbaycan Xarici İşlər Nazirliyindən ən yüksək ranqlı bir məmur çıxıb desə ki, mən İŞİD-i dəstəkləyirəm, və ya başqa birisi özünü Hizbullah heyranı kimi təqdim etsə, yaxud digəri mən Putin uğrunda ölümə getməyə hazıram desə, inanın ki, qətiyyən təəccüblənmərəm. Burası guya ki, Azərbaycanın ən önəmli nazirliyidir, ancaq fəaliyyətinin ən az Azərbaycana dəxli olduğu görünür”.

Bunu millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində yazıb.

Millət vəkili vurğulayıb ki, bu qurumun ən təcrübəli və ağıllılarından biri Araz Əzimov sayılır, adam Avstriyada müsahibə verir və sanki, Putinin xoşuna gəlmək üçün bölgədə vəziyyəti şərh edir: “Halbuki Suriya problemi bizə bir o qədər də dəxli olmayan məsələdir, tərəf tutmağa qalsa, bizim marağımıza uyğun nə o tərəfdən, nə də bu tərəfdən hansısa qüvvə yoxdur. Milli duyğularımızdan çıxış edərsək, orada qan qardaşlarımız olan türkmənlərin Əsad gücləri və Rusiya aviasiyası tərəfindən qətliamına etiraz etməmiz lazım gəlir. İnsanlıq duyğusundan çıxış edərsək, rejim tərəfindən qətl edirlən, Türkiyənin və Avropanın çöllərində səfalət içində yaşayan milyonlarla insanın aqibətinə acımamız yerində olur. Ancaq Əsədin və onun dəstəkçilərinin haqlılığını, legitimliyini diplomatik dillə ifadə etmək, həm millilikdən, həm də humanizmdən uzaq bir davranışdır. Araz Əzimov çox yaxşı bilir ki, Əsəd ordusu deyilən ciddi bir qüvvə yoxdur, onun saflarında İran xüsusi təyinatlıları-Hizbullah, Rusiya hərbçiləri və son vaxtlar da kürdlər döyüşürlər. Əsədi dəstəkləyən qüvvələr tam əmin ola bilərsiniz ki, Dağlıq Qarabağda sabah ermənilərilə müharibəyə başlasaq, eyni tərkibdə ermənilər tərəfdən bizə qarşı vuruşacaqlar. Ona görə də hətta millətimizə düşmən olan ünsürlərə ürəklərində simpatiya olsa belə, bu kimi həssas mövzularda diqqətli olmaq bütün rəsmi şəxslər üçün vacibdir”.

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv