Ads by Google

hightechnic
Ads by Google

hdp_1696wedrfAnkarada dəhşətli terror aktını törədən Abdulbaki Sömerin yas mərasimi keçirilib.

Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Tuba Hezer terrorçu üçün keçirilən yas mərasiminə qatılıb.

Qeyd edək ki, HDP-dən olan Hezer bir müddət öncə “Xəndəklərə faşizm bayrağını basdırıb azadlıq bayrağını asacağıq” açıqlamasıyla gündəmə gəlmişdi.

Xatırladaq ki, fevralın 17-də Türkiyənin paytaxtında 28 nəfərin ölməsi və 61 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədilib. Hadisə yerindən alınan barmaq izlərinə görə terroru Salih Neccar adlı suriyalının törətdiyi məlum olub. Terrorçunun əsl adının Abdulbaki Sömer olduğu və Türkiyəyə keçərkən Salih Neccar adına şəxsiyyət vəsiqəsi təqdim etdiyi ehtimal edilir.(Aznews)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."