Türkiyənin Antalya şəhərində fevralın 6-9-da taekvondo üzrə klublararası Avropa çempionatı keçiriləcək.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, sayca 5-ci dəfə təşkil olunacaq G1 kateqoriyalı birincilikdə Azərbaycan millisi də iştirak edəcək. Yarışda ölkəmizdə fəaliyyət göstərən “Gilan”, “Savalan”, “Gafgaz”, “Zenit”, “Təhsil”, “Gömrükçü” (1 və 2), “Fərasət”, “T. İsmayılov”, “Aran” klublarının idmançıları, həmçinin Lənkəran, Quba və Gəncə UGİM-lərinin üzvləri medallar uğrunda mübarizəyə qoşulacaq.

Bir gün fasilədən sora 11 fevralda sayca 4-cü olan “Turkish Open” beynəlxalq turnir başlanacaq. 4 gün davam edəcək turnirə də yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız geniş heyətlə qatılacaq.

Yarışlarda ədalət təmsilçilərimizdən isə federasiyanın Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev, Elşad Məmmədov, Tural Vəlibəyov, Ramal Camalov və Çoşqun Nadirli iştirak edəcək. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə fevralın 4-də qardaş ölkəyə yollanacaq komanda, vətənə fevralın 16-da qayıdacaq.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."